
Rusiyanın Türkiyə ilə hava əlaqəsini dayandırması qərarı Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankaraya səfəri ilə əlaqəli deyil.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr. Bu, epidemioloji vəziyyətlə bağlıdır”.
Qeyd edək ki, Rusiya Türkiyə ilə hava əlaqəsini aprelin 15-dən iyunun 1-dək dayandırıb. Rusiya hökuməti bu qərarın Türkiyədə koronavirusa yoluxma hallarının çoxalması ilə bağlı verildiyini bildirsə də, qərar birmənalı şərh edilməyib.
Conflict.az