
Bir neçə dəqiqə əvvəl İmişlidən Conflict.az-a maraqlı video məlumat daxil oldu. Videoda bir nəfərin hörümçək adam sayağı 80 metrdən çox hündürlüyü olan bayraq dirəyinə dırmandığı aydın şəkildə görünür. Baş verən hadisə kifayət qədər təhlükəli və diqqətçəkicidir. Mənbənin bildirdiyinə görə bu təhlükəli məqamı hətta İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Razayev də izləyirmiş. Onu da qeyd edək ki, Vilyam Hacıyevin səs-küylü həbsindən qısa müdət sonra İmişli RİHB təyin olunan E.Rzayevlə bağlı da rayonda müxtəlif informasiyalar dolaşmaqdadır. Rayon sakinlərinin ən ciddi narazılıqları isə başçının təyinatından sonra nəinki məsafəli, hətta videoformatda belə qəbulların keçirilməməsidir. Media olaraq zaman-zaman bu bölgədən redaksiyaya daxil olan məlumatları oxucuların diqqətinə çatdıracağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Conflict.az