Sizin reklam burada
Sizin reklam burada

"Nəticə çıxarmağın vaxtıdır”

"Nəticə çıxarmağın vaxtıdır”
“Koronavirus pandemiyası insanın təbiətə müdaxiləsinin nə dərəcədə təhlükəli olduğunu göstərdi”.
Bu barədə Almaniya kansleri Angela Merkel Alman Federal Ətraf Mühit Fondunun 30 illiyi münasibətilə video müraciətində bildirib.

Merkel qeyd edib ki, biomüxtəlifliyin azalması və insanın həssas təbii mühitə nüfuz etməsi patogenlərin yoluxma riskini artırır: “Koronavirus pandemiyası insanın təbii mühitindən nə qədər asılı olduğunu bir daha ortaya qoydu. Bu asılılıqdan nəticə çıxarmağın vaxtıdır”.

Qeyd edək ki, 1990-cı ildən fəaliyyət göstərən Alman Federal Ətraf Mühit Fondu Avropanın ən böyük təbiəti mühafizə təşkilatı hesab olunur. Fond yarandığı gündən bəri, təxminən 1,9 milyard avro dəyərində 10 mindən çox layihəni dəstəkləyib. Hazırda fondun nağd büdcəsi 2,32 milyard avrodur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ