Sizin reklam burada
Sizin reklam burada

Qadını pnevmatik silahla silahlanmış kişi müşayiət edib

Qadını pnevmatik silahla silahlanmış kişi müşayiət edib
ABŞ-ın p​​​​olis əməkdaşları Ağ Ev yaxınlığında maşınında doldurulmuş tapança aşkarlanan qadını saxlayıblar.
Bu barədə hüquq-mühafizə orqanlarına istinadən “Fox News” telekanalı bildirib.

Polis əməkdaşlarının dediyinə əsasən, 66 yaşlı qadın nəzarət-buraxılış məntəqəsi vasitəsilə ABŞ prezidenti iqamətgahının hasarlanmış ərazisinə girməyə çalışıb. O, iddia edib ki, guya Amerika lideri Cozef Baydenə hansısa yazılı müraciəti verməyə hazırlaşır.

Asayiş keşikçiləri onun Ağ Ev yaxınlığında yerləşən avtomobilində axtarış zamanı tapança aşkarlayıblar. Şəxsiyyəti açıqlanmayan qadını pnevmatik silahla silahlanmış kişi müşayiət edib. O, qeydiyyatsız silah gəzdirmə səbəbindən saxlanılıb və ABŞ dövlətin birinci şəxslərinin mühafizəsi ilə məşğul olan Məxfi Xidmətinə verilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş