
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 39 yaşlı Sərdar Berdiməhəmmədovu baş nazirin müavini vəzifəsinə təyin edib.
Bu barədə Türkmənistan televiziyası məlumat yayıb.
Yeni vəzifədə Sərdar Berdiməhəmmədov səhiyyə, təhsil və iqtisadiyyatda rəqəmsallaşdırma və yenilikçi texnologiyalar tətbiqi ilə məşğul olacaq.
Qeyd edək ki, Sərdar Berdiməhəmmədov bundan əvvəl sənaye və tikinti naziri vəzifəsini tuturdu.
Conflict.az