Sizin reklam burada
Sizin reklam burada

"Mühasirə ləğv edilməsə, bölgəyə “Vaqner” qüvvələrini göndərəcəyik”

"Mühasirə ləğv edilməsə, bölgəyə “Vaqner” qüvvələrini göndərəcəyik”
PKK/YPG terror təşkilatı 20 gündür Suriyadakı Bəşər Əsəd rejiminin Haseke, Qamışlı və Şəhba bölgələrindəki hərbi mövqelərini mühasirədə saxlayır.
Dünən məsələ ilə əlaqədar PKK/YPG və Rusiya arasında keçirilən görüş də nəticəsiz başa çatıb.
Görüşdən sonra da mühasirə davam edib. Əsəd rejimi mühasirəni dayandırmaq çün PKK/YPG-yə çağırış edib: “Mühasirə tam ləğv edilməsə, bölgəyə “Vaqner” qüvvələrini göndərəcəyik”.
Qeyd edək ki, Rusiya və Hizbullah Əsəd rejiminin YPG/PKK ilə toqquşduğu Qamışlıya hərbi qüvvə göndərib. Rusiyanın son 10 gündə Qamışlıya 250 hərbçidən ibarət qüvvə göndərdiyi açıqlanıb. Hizbullah isə bölgəyə 150 yaraqlısını göndərib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş