Sizin reklam burada
Sizin reklam burada

"Biz yarımadanın işğaldan azad olunması məsələsinin həllinə kömək edən bütün ölkələrin səylərini birləşdirəcəyik"

"Biz yarımadanın işğaldan azad olunması məsələsinin həllinə kömək edən bütün ölkələrin səylərini birləşdirəcəyik"
Bütün hadisələr yalnız tarixə yönəlməməli, həm də ölkəmizin gələcəyinin inkişafının müəyyənedici istiqamətlərini özündə əks etdirməlidir.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin müstəqilliyinin 30 illiyi ilə bağlı görüləcək işlərdən danışarkən bildirib.
Müstəqilliyin 30 illiyi ərəfəsində Ukraynanın beynəlxalq tərəfdaşlarının iştirakı ilə Krım Platforması sammitinin keçiriləcəyindən söz açan Zelenski deyib:
"Bu hadisə tarixi bir əhəmiyyətə sahib olacaq. Biz Krım sakinlərinin və yarımadanın işğaldan azad olunması məsələsinin həllinə kömək edən bütün ölkələrin səylərini birləşdirəcəyik".
Qeyd edək ki, bu ilin 24 avqustunda Ukraynanın müstəqilliyinin 30 ili tamam olacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş