Sizin reklam burada
Sizin reklam burada

"Rusiya cavab tədbirləri görmək hüququnu özündə saxlayır”

"Rusiya cavab tədbirləri görmək hüququnu özündə saxlayır”
“Rusiyadakı etiraz aksiyaları ilə bağlı saxta məlumatların yayılması ilə əlaqədar ABŞ səfirliyinin nümayəndəsinə nota təqdim edilib”.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
“Təxribat xarakterli mətnin sistemli şəkildə tirajlandığı Amerika rəqəmsal platformalarında Rusiya haqqında etibarsız “saxta” məlumatların kütləvi şəkildə yayımlanması, öz növbəsində bu məlumatların ABŞ-ın Moskvadakı səfirliyi tərəfindən də koordinasiyalı şəkildə yayılması qeydə alınıb. Bu il 27 yanvar tarixində Xarici İşlər Nazirliyinə çağırılan ABŞ nümayəndəsinə etiraz notası təqdim olunaraq xəbərdar edilib ki, Rusiya tərəfi cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, - deyə bəyanatda qeyd olunub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş