İnsanlara çip yerləşdirilməsi ilə bağlı versiyalarda mənim və doktor Fauçinin adının çəkiləcəyini heç kim düşünmürdü.
Bunu "Microsoft" şirkətinin qurucusu Bill Qeyts deyib.
“İnsanlar həqiqətən buna inanır? Bu barədə araşdırma aparmalı və nələr edə biləcəyimizi düşünməliyik. Şpris vasitəsilə insan vücuduna yerləşdiriləcək qədər kiçik bir mikroçipin insanları izləmək ya da nəzarət etmək üçün istifadəsi texnoloji olaraq mümkün deyil. Bu, elmi fantastikadır. Həm bu mümkün olsa belə mən nəyə görə belə bir işə girim?”, - Qeyts bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə ABŞ-ın məşhur infeksionisti Antoni Fauçi və Bill Qeytsin insanları idarə etmək üçün koronavirusu yaratdıqları və peyvənddən istifadə edərək insanları izləyə bilmək üçün mikroçiplər hazırladıqları iddia edilir.
Conflict.az