Sizin reklam burada
Sizin reklam burada

Məşhurlar prezidentə müraciət etdi

Məşhurlar prezidentə müraciət etdi
Hollivud ulduzu Leonardo Di Kaprio və “Amazon”un qurucusu Ceff Bezos da daxil olmaqla 150-dən çox aktivist, aktyor və iş adamı ABŞ prezidenti Co Baydenə iqlim dəyişikliyinə cavab verməyə çağıran açıq məktub ünvanlayıblar.

360 TV-nin məlumatına görə, açıq məktub “Climate Power 2020” veb saytında dərc edilib.

Aktivistlər Baydenin ABŞ-ın Paris iqlim razılaşmasına qaytarılması ilə bağlı fərmanını yüksək qiymətləndiriblər.

Müraciət müəllifləri qeyd ediblər ki, Bayden bəşəriyyəti “uçurumun kənarından” xilas edən “iqlim prezidenti” kimi xatırlana bilər.

Müraciətə qoşulanlar arasında Natali Portman, Zou Deşanel kimi Hollivud ulduzları, “Mastercard” şirkətinin idarə heyətinin sədri Ajay Banga və Avropa Parlamentinin Ətraf Mühit, İctimai Sağlamlıq və Qida təhlükəsizliyi üzrə Komitəsinin sədri Paskal Kanfin də var.

Xatırladaq ki, Co Bayden Ağ Evə girdiyi ilk saatlarda sələfi Donald Trampın bir sıra qərarlarını ləğv edib və ABŞ-ın Paris İqlim Sazişinə qayıtması ilə bağlı fərman imzalayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş