Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski “terrorizmin maliyyələşdirilməsi” maddəsi ilə Kiyevdə məhkəmədə ittiham ediləcək.
Bu barədə Kiyevin Şevçenko Rayon Məhkəməsinin məlumatında deyilir.
Hazırlıq iclası yanvarın 19-da baş tutacaq.
Xatırladaq ki, 2018-ci ildə Ukrayna Baş Prokurorluğu Rusiya Dumasının Komitə sədrlərinə, xüsusilə V.Jirinovskiyə qarşı ittiham aktı ilə çıxış etmişdi.
Conflict.az