ABŞ və müttəfiqləri Yaxın Şərqdə qab-qacaq dükanına girmiş fil kimi davranırlar.
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, müstəqil dövlətlərin daxili işlərinə müdaxilə, onlara müəyyən ideologiyaların yeridilməsi yolverilməzdir:
“Lakin təəssüf ki, ABŞ və müttəfiqləri qab-qacaq dükanına girmiş fili xatırladır. İraq, Liviya və Suriyada yaşanan prosesləri hər birimiz görürük. Bunların regiondakı ölkələr və xalqlar üçün ağır nəticələri olur”.
Conflict.az