Sizin reklam burada
Sizin reklam burada

"Bütün prosesi Əli Həsənov idarə edib"

"Bütün prosesi Əli Həsənov idarə edib"
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş rəhbəri Vüqar Səfərlinin həbsi Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun da həbsinə səbəb ola bilər.
Bunu Axar.az-a açıqlamasında hüquqşünas Aqil Layıc deyib. O bildirib ki, Vüqar Səfərlinin hər şeyi Əli Həsənovun tapşırığı əsasında etdiyi cəmiyyətdə hər kəsə bəllidir:
“Vüqar Səfərli sadəcə pərdənin önündə olan insan idi. Vüqar Səfərli heç vaxt Əli Həsənovun iradəsindən və göstərişindən kənar addım atmayıb. Hamı bilir ki, jurnalistlər üçün binanın tikintisindən tutmuş bölüşdürülməsinə qədər, bütün prosesi Əli Həsənov idarə edib. Jurnalistlərə ev verilməsi məsələsində sui-istifadə amilləri, KİV-ə ayrılan pulların təyinatı üzrə xərclənməməsi, həmin vəsaitlərin Əli Həsənovun qəzetlərinə ayrılıb yeyilməsi, o cümlədən digər mənimsəmələrdə Əli Həsənovun birbaşa əli var. Eyni zamanda Əli Həsənovun ailə biznesi sayılan şirkətlər inzibati resurslar əsasında fəaliyyət göstərib. Bakı Ağır Cinayətlər Məhkəməsində “Kaspi” şirkəti ilə bağlı gedən işlərdən də bəlli oldu ki, dövlət büdcəsindən yayınma, işçilərin əmək haqqının ödənilməməsi və s. qanunsuzluqlar baş verib”.
Qeyd edək ki, bu gün KİVDF-nin sabiq sədri Vüqar Səfərli vəzifə səlahiyyətlərindən sui-istifadə edərək törətdiyi cinayət əməllərinə və külli miqdarda mənimsəməyə görə həbs edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş