Sizin reklam burada
Sizin reklam burada

“Paytaxt Vaşinqtonda yanvarın 6-da baş verən zorakılıq aksiyası ABŞ Konqresinə və Konstitusiyasına qarşı hücum idi”

“Paytaxt Vaşinqtonda yanvarın 6-da baş verən zorakılıq aksiyası ABŞ Konqresinə və Konstitusiyasına qarşı hücum idi”
ABŞ-da gərginlik davam edir. Tramp tərəfdarlarının Konqres binasına hücumunun dəf edilməsindən sonra Nümayəndələr Palatası prezidentə qarşı ikinci dəfə impiçment proseduruna başlayıb. Ancaq Ağ Ev bu məsələdə açıq dirəniş göstərir.
Donald Trampın impiçment edilməsinə qarşı olası səbəbindən ciddi təzyiqlərə məruz qalan və dirəniş göstərən vitse-prezident Mayk Pensin sonda hansı addım atacağı bilinmir.
Belə bir situasiyada Pentaqon rəhbəri Mark Milley və ordu komandanlarının imzası ilə birgə məktub yayımlanıb.

“Paytaxt Vaşinqtonda yanvarın 6-da baş verən zorakılıq aksiyası ABŞ Konqresinə və Konstitusiyasına qarşı hücum idi” ifadəsinin qırmızı xətlə keçdiyi məktubda açıq bəyan olunur ki, 2021-ci ilin 20 yanvarında əyalət məhkəmələrinin qərarı, habelə Konqresin təsdiqindən sonra Prezident Co Bayden səlahiyyətinin icrasına başlayacaq və bizim baş komandanımız olacaq.

ABŞ ordusunun xalqı və konstitusiyanı qorumaqda davam edəcəyi bildirilən məktubun sonunda bir ifadə xüsusi diqqət çəkir: “Daxildə və xaricdə ölkəmizi qoruyan bütün hərbçilər, hazır olun, gözlərinizi açıq olsun və xidmətə fokuslanmaqda davam edin”.

Bununla da, Co Baydenin inauqurasiya mərasiminə bir həftə qalmış ABŞ Silahlı Qüvvələri faktiki Donald Trampdan imtina etmiş olur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ