Sizin reklam burada
Sizin reklam burada

“Virus dünya üçün təhdid olaraq qalacaq"

“Virus dünya üçün təhdid olaraq qalacaq"
Ümumdünya Səhiyyə Təşkilatının Çinin Uhan şəhərində ortaya çıxan yeni növ koronavirusu (COVID-19) elan etməsindən bir il keçir.

Teleqraf.com xəbər verir ki, COVID-19-a indiyə qədər dünyada 80 milyondan çox insan yoluxub, virus təqribən 2 milyondan çox insanın ölümünə səbəb olub.

2021-ci ildə koronavirusdan qurtula biləcəyikmi?

Türkiyənin Səhiyyə Nazirliyinin nümayəndəsi, professor Afşin Əmrə Kayıpmaz bildirib ki, 2021-ci ildə vaksinlərin tətbiqi ilə epidemiyanın gedişatı tamamilə dəyişəcək: “Peyvəndlər sayəsində indi daha ümidliyik. Peyvəndlərdən lazımınca istifadə edilərsə, xəstəliyə tutulanlar və peyvənd olunanlar vasitəsi ilə cəmiyyətin immuniteti 60 faizdən yuxarı artırılarsa, xəstəliklə mübarizədə ciddi uğur əldə ediləcək.

Cəmiyyətdə immunitet səviyyəsi nə qədər yüksək olsa, bir o qədər rahat olacağıq. Geniş yayılmış vaksinasiyaya nail olsaq, xüsusilə risk qruplarını peyvəndlər vasitəsi ilə qoruya bilərik və sərt karantin tədbirlərinə ehtiyac olmadan ehtiyat tədbirlərinə uyğun bir həyat tərzi keçirərik. Bu baxımdan indi ilə müqayisədə yay aylarında daha rahat olacağımızı söyləmək olar”.

Afşin Əmrə Kayıpmaz onu da qeyd edib ki, koronavirus pandemiyasına son qoymaq üçün peyvəndlərin təkcə inkişaf etmiş və zəngin ölkələr üçün deyil, həm də az inkişaf etmiş və yoxsul ölkələr üçün əlçatan olması lazımdır: “Virus qlobal dünyada bir yerdə varlığını davam etdirdiyi müddətcə bütün dünya üçün təhdid olaraq qalacaq. Xəstəliyin hava vasitəsilə başqa bir yerə yayılma riski daşıyır”.

Daxili xəstəliklər və hematologiya şöbəsinin professoru Mustafa Çetinər isə bildirib ki, virusun gələcəyini peyvənd proqramlarının uğuru təyin edəcək: “Xəstəliyin gedişatı barədə danışmaq üçün vaksinasiya proqramlarının sürətini və yayılma səviyyəsini görməliyik. Cəmiyyətin peyvəndə müqaviməti və ya istəkliliyi ən vacib təyinedicilərdən biridir. Peyvənddən sonra immuniteti nə qədər saxlaya biləcəyini dəqiq bilmirik. Bunu bu ilin sonunda görəcəyik.

Peyvəndlə qaydalara uyğunlaşma həssaslığımız COVID-19-un daimi olub-olmadığını da göstərəcək. Mutasiyalar da çox vacibdir. Bütün bunları bir araya gətirəndə deyə bilərəm ki, payızda daha rahat olacağıq".

Mustafa Çetinər onu da vurğulayıb ki, bundan sonra bir-birimizi görəndə qucaqlaşıb öpüşməməliyik: “Daha az təmasda olan bir cəmiyyətə çevriləcəyik. Yaponiyada olduğu kimi, qışda da küçələrdə maskalı insanları görməyə davam edəcəyik. Çünki bu pandemiya bizə maskanın qrip kimi tənəffüs yolu ilə yoluxan viruslardan qoruduğunu göstərdi. Pandemiya dövründə bütün dünyada qrip və qripdən ölüm hadisələri 60-70 faiz azaldı”.

İstanbul Tibb Fakültəsi, Daxili xəstəliklər professoru Osman Erk bildirib ki, COVID-19 peyvəndlərinin qısa müddətdə və sürətlə tətbiqi 2021-ci ilin ikinci yarısından etibarən bütün dünyaya əhəmiyyətli rahatlıq gətirəcək: “Mümkünsə, bütün risk qrupları və cəmiyyətin əhəmiyyətli bir hissəsi üçün vaksinasiyanı yanvar, fevral və mart aylarında tamamlamaq lazımdır. Bu müddət ərzində məhdudiyyətlər davam etməli və lazım gələrsə artırılmalıdır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş