Sizin reklam burada
Sizin reklam burada

Mübarizə son dərəcə kəskinləşdi

 Mübarizə son dərəcə kəskinləşdi
Xankəndidə saxta qurumun “prezidenti” Arayik Arutyunyanla saxta təhlükəsizlik şurasının katibi Vitali Balasanyan arasında qarşıdurma başlayıb.
Teleqraf.com xəbər verir ki, ötən gün cinayətkar Balasanyanın Ədalət Partiyası ilə Daşnaksütyun Partiyasının yaydığı birgə bəyanatda bu mübarizənin son dərəcə kəskinləşdiyi üzə çıxıb.
Bəlli olub ki, mövcud olmayan saxta qurumun parlament qüvvələri saxta prezidentin səlahiyyətinin məhdudlaşdırılması və ağlabatan müddətdə erkən seçkilərin keçirilməsi şərti ilə Arutyunyanın “milli birlik hökuməti” qurma təklifini qəbul edib.
Amma sonradan Arutyunyan əldə edilən razılaşmaları pozaraq özünə sərf edəcək “hökumət” qurmağa başlayıb.
Bəyanatla çıxış edən iki revanşist “partiya” yaranan vəziyyətdə saxta hökumət qurulması prosesində iştirakını dayandırıb. Və elan edib ki, Arutyunyanın hökumət qurmaq, struktur yaratmaq, onun gələcək fəaliyyəti və gedən proseslər üçün məsuliyyəti şəxsən özü daşıyır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş