Sizin reklam burada
Sizin reklam burada

Razılaşma iqtisadi nəhənglər üçün böyük addım olacaq

Razılaşma iqtisadi nəhənglər üçün böyük addım olacaq
2020-ci ilin sonuna az qalmış nəhəng bir iqtisadi müqavilənin imzalanmasına yaxın olduğu açıqlanıb.
Avropa Birliyi (AB) gələn həftənin əvvəlində Brüssel və Çin arasında planlaşdırılan Hərtərəfli İnvestisiya Sazişinə “yaşıl işıq” yandırıb, bu da dünyanın ən böyük iqtisadi blokları arasında anlaşmanın əldə edilməsinə yol açıb.

“Euractiv”in məlumatına görə, Aİ-yə üzv ölkələrin səfirlərinin görüşündə birliyin dönəm sədri Almaniyanın razılaşma ilə bağlı hər hansı bir şərt qoymadı, bunun da anlaşmaya yol açdığı bildirilib. Diplomatların Çinin əkinçilik sahələrində insanların məcburi əməyə cəlb edilməsi ilə bağlı narahatlıqları həll edildiyinə, eyni zamanda danışıqlarda pozitiv inkişaflara diqqət çəkdikləri bildirilib.

Ötən həftə Çin Xarici İşlər Nazirliyi danışıqların son mərhələdə olduğunu açıqlayıb.

Məlumata görə, Çinin razılığı olduğu müddətə qədər, həftənin sonunadək Brüssel və Pekindən rəsmi açıqlama gələ bilər.

Razılaşma həm iqtisadi nəhənglər üçün böyük bir addım olacaq, həm də ABŞ-ın seçilmiş Prezidenti Co Baydenin yanvar ayında Ağ Evə gəlməsindən əvvəl nəhənglər arasındakı iqtisadi əlaqələri gücləndirəcək. Yanvarın 20-də vəzifəsindən ayrılacaq ABŞ lideri Donald Tramp Çinlə ticarət müharibəsi başlatmışdı. Bayden də bu razılaşma ilə əlaqədar AB-yə narahatlığını dilə gətirib və Brüsseli Vaşinqtonla danışıqlar aparmağa çağırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş