Sizin reklam burada
Sizin reklam burada

Fransada küçələrdən biri "Stepanakert" adlandırılacaq

Fransada küçələrdən biri "Stepanakert" adlandırılacaq
Fransanın Valans şəhərinin küçələrindən biri bundan sonra "Stepanakert" adlandırılacaq.
Moderator.az xəbər verir ki, işğalçı Ermənistan saytlarının yaydığı məlumata görə, bu haqda erməni jurnalistlərə Valans merinin müavini Georg Rastklan danışıb.
“Bələdiyyə sədrimiz dedi ki, Stepanakertin adını yaşatmaq üçün bir şey edək. Valansda yeni bir məhəllə tikilir. Bu rayonun mərkəzi küçələrindən birinə “Stepanakert” adını verməyi təklif etdik”.
Xatırladaq ki, 2015-12016-cı illərdə qanunsuz olaraq Fransanın Valans şəhəri ilə ermənilərin “Stepanakert” adlandırdığı Xankəndi və Şuşa şəhərləri arasında dostluq xartiyası imzalanıb. Bundan sonra Bu sahilyani şəhərdən Dağlıq Qarabağda yerləşən və o zaman işğal altında olan Şuşa ilə bütün münasibətlərini dayandırması tələb olunub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş