Sizin reklam burada
Sizin reklam burada

“Mübarizə aparmaq istəyən hər hansı tərəf üçün nəticələr dəhşətli olacaq"

“Mübarizə aparmaq istəyən hər hansı tərəf üçün nəticələr dəhşətli olacaq"
Liviya ordusunun generalı Üsamə Cüveyli qiyamçıların lideri Xəlifə Haftarın Türkiyə qüvvələrinə qarşı müharibəyə hazırlaşmaq çağırışına sərt təpki verib.
General döyüşmək istəyən tərəf üçün nəticələrinin dəhşətli olacağını bildirib.
General-mayor Cüveyli qiyamçıların ölkənin qərb bölgəsində qarşıdurma yaratmaq niyyətinə düşdüyünü deyib:
“Mübarizə aparmaq istəyən hər hansı tərəf üçün nəticələr dəhşətli olacaq və ona verəcəyimiz cavabı da nəzərə almalıdır”.
Liviya Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Kununu da Haftarın hökumət və müttəfiqi türk qüvvələrinə qarşı cavabına sərt reaksiya verib: “Əgər siz savaşa hazırsınızsa, biz də hazırıq. Təcavüzkarlar və hərbi cinayətkarlarla barışıq təmin edilə bilməz. Yeriniz yalnız həbsxanadır. Ədalətli mühakimə olunana qədər sizi izləyəcəyik”.
General Xəlifə Haftar son çıxışında Liviyadakı Türkiyə qüvvələrinə savaş elan edib: “Bütün qüvvələrimizi Liviyadakı türk qüvvələrinə qarşı müharibəyə hazır olmağa çağırıram”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş