Sizin reklam burada
Sizin reklam burada

"Qanun layihəsində kritik milli təhlükəsizlik məsələləri yoxdur"

"Qanun layihəsində kritik milli təhlükəsizlik məsələləri yoxdur"
ABŞ Prezidenti Donald Tramp əvvəllər veto qoyacağını açıqladığı və müdafiə büdcəsinə 740 milyard dollar ayırmağı təklif edən Milli Müdafiə Qanununa (NDAA) veto qoyub.
Trmp Konqresə göndərdiyi bildirişdə Senat və Nümayəndələr Palatasında qəbul edildikdən sonra təsdiq üçün ona təqdim olunan NDAA-ya veto qoyduğunu bildirib.
“Təəssüf ki, bu qanun layihəsində kritik milli təhlükəsizlik məsələləri yoxdur və Amerika üçün üstünlük verdiyim milli təhlükəsizlik və xarici siyasət fəaliyyətimlə ziddiyyət təşkil edir. Bu qanun layihəsi Çin və Rusiyaya hədiyyədir” – prezident qeyd edib.
Nümayəndələr Palatası və Senatda səs çoxluğu ilə qəbul edilən qanun layihəsi yenidən Konqresə qayıdacaq və eyni səs çoxluğu qazanarsa, Trampın vetosu ləğv edilə bilər.
Qanun layihəsində ABŞ-ın Çinə qarşı Sakit okean bölgəsində hərbi gücünün artırılması, bu məqsədlə əlavə 2.2 milyard dolların ayrılması təklif edilir.
Layihədə ABŞ Silahlı Qüvvələrinin Rusiya ordusu ilə əlaqələrindəki məhdudiyyətlərin gücləndirilməsi və Krımda Rusiyanın suverenliyini tanıyan qərar və fəaliyyətlərin qadağan edilməsinə dair maddələr diqqət çəkib.
Qanun layihəsində Rusiya istiqamətli fəaliyyətlər çərçivəsində Ukraynaya 250 milyon dollarlıq müdafiə yardımının verilməli olduğu, bunun 75 milyonunun silaha ayrılacağı bildirilib.
Layiyə eyni zamanda ABŞ-ın Almaniya və Cənubi Koreyadakı hərbi qüvvələrinin sayının azaldılması təklif olunur.
Qanun layihəsində Rusiyadan “S-400” sistemləri alan Türkiyəyə sanksiyaların tətbiq edilməsini irəli sürən bir maddə də yer alır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş