Sizin reklam burada
Sizin reklam burada

Manukyanın Sünikdə Rusiyanın hərbi bazasını yaratmaq istəyi onun baş nazir olma ehtimalını sıfırlayıb

Manukyanın Sünikdə Rusiyanın hərbi bazasını yaratmaq istəyi onun baş nazir olma ehtimalını sıfırlayıb
Hazırkı müxalifət noyabrın 10-da Ermənistan, Rusiya və Azərbaycan tərəfindən Qarabağla bağlı imzalanmış üçtərəfli Bəyanatla heç vaxt barışmayacağını bildirir. Bu sənəd de-fakto qəbul olunub və işləyir, müxalifət bunu dəyişə bilməz, çünki bu, Azərbaycan və Türkiyə ilə müharibə və Rusiyanın sülhməramlı qoşunları ilə konfliktin yaranması deməkdir. Beləliklə, müxalifəti seçməyimizin mənası nədir? Siz Paşinyanın istefasından başqa bir şey təklif etmirsiniz. Bundan başqa, Manukyanın qələbəsi Köçəryan-Sərkisyanın siyasətə qayıdacağına zəmanət verəcək. Biz bunu istəyirikmi? Xeyr.
Axar.az xəbər verir ki, bu barədə “Armenian Reрort” məqalə dərc edib.
Məqalədə bildirilir ki, Vazgen Marukyanın Sünikdə Rusiyanın hərbi bazasını yaratmaq istəyi onun Baş nazir olma ehtimalını sıfırlayıb:
“Marukyanın dünən Sünikdə Rusiyanın yeni hərbi bazanın quraşdırılması haqqında erməni ordusunun və sərhədçilərin Vətəni müdafiə etmək qabiliyyətini şübhə altına atan bəyanatından sonra onun baş nazir seçilməsi mümkün deyil. Ən azı, xalqımız heç vaxt öz prinsipsizliyini nümayiş etdirən, həm də kürsüdə oturmaq üçün Rusiyaya yaltaqlanan insana səs verməyəcək. Beləliklə, sonda kim qalır? Nə qədər paradoksal olsa da, yalnız Paşinyan qalır. Nə desələr də, o, Ermənistan əhalisinin ən azı yarısının dəstəyindən yararlanmaqda davam edir. O bunları başlatdı, özü də qurtarsın. Keçiddə atları dəyişməzlər”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş