Sizin reklam burada
Sizin reklam burada

Hər iki şəxsin yenidən qayıtması şübhələri artırıb

Hər iki şəxsin yenidən qayıtması şübhələri artırıb
Fayiz əl-Sərracın rəhbərlik etdiyi Liviya Milli Konsensus Hökumətinin nəzarət etdiyi bölgələrdə bir müddətdir yeni qarşıdurma siqnalları verilir.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
İddialara görə, Liviyada Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən dəstəklənən çevriliş hazırlığı var. Gözlər bir il əvvəl ölkəni tərk edərək yenidən Tripoliyə qayıdan Tripoli İnqilab Briqadasının komandanları Heysam Tacuri və Mehdi əl-Bərğusiyə çevrilib.
Generalların bölgədə fəallıq nümayiş etdirdikləri bildirilib.
Tacuri 2019-cu ildə Liviyanı tərk edərək BƏƏ-yə getmişdi. Liviya Milli Konsensus Hökumətinin keçmiş müdafiə naziri Mehdi Bərğusi də Tripolidədir. Bu iki şəxsin yenidən Tripoliyə qayıtması şübhələri artırıb. Bərğusi Tripoli Apelyasiya Məhkəməsinin qərarını əsas götürərək özünü “qanuni müdafiə naziri” elan etdiyi halda, Tacuri Sərrac hökumətinə qarşı sərt ittihamlar irəli sürməyə başlayıb.
Tacuri Daxili İşlər Nazirliyinin həbs qərarına baxmayaraq, paytaxt ətrafındakı bölgələrdə hərbi liderlərlə görüşlər keçirir. İddiaya görə, general öz silahlı birləşmələrini Tripoli ətrafında yerləşdirib.
Türk qüvvələrinin yerləşdiyi Vatiye Bazası yaxınlığındakı Uceylata səfər edən Tacurinin əsas hədəflərindən birinin Türkiyə bazası olduğu ehtimal edilir. Generalların çevriliş planlarının arxasında BƏƏ-nin durduğu deyilib.
İddiaya görə, BƏƏ Liviyada yeni müharibəyə başlamaq üçün hərəkətə keçib. Əbu-Dabi vəliəhdi Məhəmməd bin Zayedin Liviyadakı müharibə cinayətkarı Haftar qüvvələrini yeni nəsil raket sistemləri ilə dəstəklədiyi ortaya çıxıb. BƏƏ-nin Haftara Serbiya istehsalı olan “Morava” topçu raket sistemi verdiyi bildirilib.
2011-ci ildə dizayn edilmiş və noyabr ayında Serbiya ordusunun invanterinə daxil edilən “Morova”nın ikinci istifadəçisi BƏƏ ordusudur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş