Sizin reklam burada
Sizin reklam burada

Ermənistanda yeni qiyam başlayır

Ermənistanda yeni qiyam başlayır
Ermənistanda bu dəfə sürücülər arasında yeni bir qiyam başlayır. Belə ki, ölkədə yanacağın qiyməti sürətlə artır.
Bu barədə Ermənistanın yerli qəzeti “Joxovurd” yazır.
Nəşr qeyd edir ki, bir neçə gündür ardıcıl olaraq ölkədə yanacaq - benzin, maye qaz və adi qaz qiymətləri durmadan bahalaşır.
Bildirilir ki, bu il ölkədə sıxılmış qazın qiymətində ikinci artım olub.
Bahalaşmanı dramın dollar qarşısında devalvasiyası ilə əlaqələndirirlər.
Son vaxtlar dolların məzənnəsi erməni valyutasına nisbətən təxminən 10 % artıb və bu vəziyyət yanacaq, xüsusən qazın maya dəyərinə təsirindən yan keçməyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş