Sizin reklam burada
Sizin reklam burada

Terror təşkilatı tərəfindən qaçırılan 400-ə yaxın şagirdin yeri məlum olub

Terror təşkilatı tərəfindən qaçırılan 400-ə yaxın şagirdin yeri məlum olub
Nigeriyanın Katsina əyalətində "Boko Haram" terror təşkilatı tərəfindən qaçırılan 400-ə yaxın şagirdin yeri məlum olub.
Publika.az xəbər verir ki, azyaşlıların qonşu əyalət olan Zamfaradakı meşədə saxlanıldığı bildirilir.
Katsina valisi Aminu Masari şagirdlərin sərbəst buraxılması üçün qruplaşma ilə danışıqlar apardıqlarını deyib. O, şagirdlərin qarşılığında təşkilata pul verməyəcəklərini ifadə edib.
Qeyd edək ki, 11 dekabrda Katsina əyalətinin Kankara bölgəsində internat tipli məktəbin 500-dən çox şagirdi qaçırılmışdı. Onlardan bəziləri daha sonra xilas olmağı bacarmışdı.
Bölgə əhalisi şagirdlərin azadlığa buraxılması üçün mitinqlər keçirir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş