Sizin reklam burada
Sizin reklam burada

İran Çinin J-10-larını almaq istəyir

İran Çinin J-10-larını almaq istəyir
İran silah embarqosunun bitməsindən istifadə edərək, ən müasir silah sistemlərinin alınması üçün danışıqlar aparır.

Bu məlumatı İran Müdafiə Nazirliyi yayıb. Nazirlik İranın öz istehsalı olan silahların bir neçə dövlətə ixracı barədə danışıqlar apardığını bildirib.

İranın həmçinin Çinin müasir J-10 qırıcı-bombardmançılarını almaq istədiyi vurğulanıb. Tehranın F-35 təyyarələrinin analoqu sayılan J-20 təyyarələrinə də maraq göstərdiyi bildirilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş