Sizin reklam burada
Sizin reklam burada

“Yer üzündə heç bir dövlət müharibəni bu qədər sürətli apara bilməz”

“Yer üzündə heç bir dövlət müharibəni bu qədər sürətli apara bilməz”
ABŞ Mərkəzi Qüvvələri Komandanlığı (CENTCOM) Hərbi Hava Qüvvələrinə məxsus iki “B-52H” tipli nüvə bombardmançı təyyarəsinin ikinci dəfə Yaxın Şərq üzərində uçuş həyata keçirdiyini açıqlayıb.

CENTCOM-dan verilən açıqlamada uçuşun ABŞ-ın regional hərbi tərəfdaşlarına sədaqətini nümayiş etdirdiyi qeyd edilib.

Məsələ ilə əlaqədar danışan CENTCOM komandanı general Kennet Makkenzi bu uçuşların tərəfdaş dövlətlərə və müttəfiqlərə zəmanət verdiyini və düşmənin təcavüzünə mane olduğunu deyib:

“Potensial düşmənlər başa düşməlidirlər ki, yer üzündə heç bir dövlət hücumlara bu qədər hazır və müharibəni bu qədər sürətli apara bilməz”.

ABŞ son həftələrdə Yaxın Şərq üzərində oxşar uçuş həyata keçirmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş