Sizin reklam burada
Sizin reklam burada

Avropa Birliyi Şurasına əlavə siyahı hazırlamaq tapşırığı verildi

Avropa Birliyi Şurasına əlavə siyahı hazırlamaq tapşırığı verildi
Avropa Birliyi liderlərinin sammitində Şərqi Aralıq dənizindəki qazma işlərinə görə Türkiyəyə qarşı individual sanksiyaların genişləndirilməsi barədə razılıq əldə olunub.

Qurum liderləri Avropa Birliyi Şurasına bununla əlaqədar olaraq əlavə siyahı hazırlamaq tapşırığı veriblər. Sammitdə qəbul edilən sənəddə AB-nin öz üzvlərinin maraqlarını bundan sonra da müdafiə edəcəyi vurğulanıb.

Bununla belə, Yunanıstan mətbuatı sammitdə Afinanın AB liderlərinin Türkiyə ilə bağlı qərarına qarşı olduğunu bildirib. Belə ki, Afinanı narazı salan məqam Türkiyəyə qarşı yalnız individual sanksiyaların tətbiq edilməsidir. Yunanıstan Türkiyəyə qarşı silah embarqosunun tətbiq edilməsini tələb etsə də, buna xüsusən Almaniya qarşı çıxıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş