Sizin reklam burada
Sizin reklam burada

İnzibati binaların qarşısında mitinqlər keçirilir

İnzibati binaların qarşısında mitinqlər keçirilir
Ermənilər ötən gün 2018-ci ildə Nikol Paşinyanın özü tərəfindən istifadə edilən “vətəndaş itaətsizliyi” aksiyasına başlayıblar.

Bu barədə erməni nəşri “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, artıq respublikanın müxtəlif yerlərində küçələr bağlanıb, inzibati binaların qarşısında mitinqlər keçirilir:

“Mənbələrimizə görə, nümayişlər zor gücünə dayandırılmağa davam edəcək və Nikol Paşinyan könüllü olaraq istefa vermək fikrində deyil. Üstəlik, hər gün komandasının üzvlərinə təzyiqlər edir, onları müsahibə verməyə, müdafiəsi barədə sosial şəbəkələrdə status yazmağa məcbur edir. Komanda müqavimət göstərir.

Bu günlərdə danışmağa cəhd edənlərin hamısı - Lena Nazaryan, Eduard Ağacanyan, Ovannes İgityan, Ovik Aqazaryan qəzəbli insanların hədəfinə çevrilib”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş