Sizin reklam burada
Sizin reklam burada

"Tramp açıqlamaq istədi, ancaq yadplanetlilər onu dayandırdı”

"Tramp açıqlamaq istədi, ancaq yadplanetlilər onu dayandırdı”
“Yadplanetlilər var və amerikalılar onlarla əməkdaşlıq edir. ABŞ prezidenti Donald Tramp yadplanetlilərin varlığını açıqlamaq istədi, ancaq Qalaktika Federasiyasındakı yadplanetlilər onu dayandırdı”.

Teleqraf.com xəbər verir ki, bu iddialarla İsrailin sabiq kosmik təhlükəsizlik müdiri professor Haimi Əsəd çıxış edib.

Təxminən 30 ildir İsrailin kosmik təhlükəsizlik proqramına rəhbərlik edən Haimi Mars planetində amerikalı təmsilçinin olduğunu və yadplanetlilərin iştirakı ilə gizli yeraltı baza qurulduğunu da iddia edib. 87 yaşlı Haimi ABŞ və yadplanetlilər arasında "kainatın toxuması"nı araşdırmaq üçün bir razılaşma olduğunu da deyib.

Akademik onu da qeyd edib ki, bu gün söyədiklərini beş il bundan əvvəl açıqlasaydı, xəstəxanada olardı: “İtirəcək bir şeyim yoxdur. Dərəcələrimi və mükafatlarımı aldım”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş