Sizin reklam burada
Sizin reklam burada

Vaksinlərin 2021-ci ilin yazına qədər paylanılması planlaşdırılır

Vaksinlərin 2021-ci ilin yazına qədər paylanılması planlaşdırılır
2021-ci ildə dünya ölkələrinə COVİD-19-a qarşı mümkün qədər çox peyvənd paylamağı planlaşdırırıq.

Bunu “Maykrosoft” şirkətinin qurucusu Bill Qeyts deyib. O bildirib ki, beləliklə 2022-ci ildə inkişaf etməkdə olan ölkələrdə pandemiya bitəcək:

“Peyvəndi bərabər şəkildə paylamağımız vacibdir. Varlı olmaq peyvəndin əlçatan olmasını müəyyən etməməlidir. Bu yerdə bizim fond - “Bill & Melinda Gates” işə qarışır”.

B.Qeyts vurğulayıb ki, vaksinlərin 2021-ci ilin yazına qədər paylanılması planlaşdırılır:

"İnanıram ki, “Pfizer-BioNTech” peyvəndi yaxın aylarda təsdiqlənəcək. Bununla yanaşı, “Moderna”, “AstraZeneca”, “Johnson & Johnson” və “Novavax” tərəfindən hazırlanan peyvəndlər də istifadə üçün təsdiqini tapacaq”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş