Sizin reklam burada
Sizin reklam burada

"Mən hərbçi olaraq söyləyirəm"

"Mən hərbçi olaraq söyləyirəm"
Nüvə fizikası alimi Möhsün Fəxrizadənin öldürülməsi cavabsız qalmayacaq.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla İranın müdafiə naziri Əmir Hatəmi çıxış edib.

“Düşmən yaxşı bilir və mən bir hərbçi olaraq söyləyirəm ki, İran xalqı ilə əlaqəli heç bir cinayət, qətl, heç bir bir axmaq hərəkət cavabsız qalmayacaq”, – deyə o həlak olan alimlə Tehranda keçirilən vida mərasimi zamanı bildirib. Onun çıxışı dövlət televiziyası tərəfindən yayımlanıb.

Hatəminin sözlərinə görə, bu qətlin məqsədi cəmiyyətin birliyini pozmaq idi, ancaq sui-qəsdin arxasında dayananlar buna müvəffəq ola bilməyib.

Nüvə alimi Möhsün Fəxrizadə noyabrın 27-də Tehran əyalətində sui-qəsdə məruz qalıb. Nəticədə o, ağır yaralanıb və xəstəxanada ölüb. İran Müdafiə Nazirliyi öldürülən alimin nazirliyin araşdırma və innovasiya təşkilatının rəhbəri olduğunu təsdiqləyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş