Müəllimə maska taxmadığına görə şərti həbs cəzası aldı

Müəllimə maska taxmadığına görə şərti həbs cəzası aldı
Yunanıstanda məhkəmə dərs zamanı tibbi maska taxmayan müəlliməni hökmün üç il müddətinə icrasının möhləti hüququ ilə 12 aylıq şərti həbs cəzasına məhkum edib.

Bu barədə “Mega” telekanalı xəbər verir.

Sürətləndirilmiş prosedur üzrə keçirilən məhkəmə pedaqoqu səs çoxluğu ilə təqsirli bilib, amma onun əvvəllər qanunu pozmamasını yekdilliklə yumşaldıcı şərt kimi qəbul edib.

Attikanın İmitos rayonunda peşə liseyinin (peşə-texniki məktəbinin analoqu) dil müəlliməsi oktyabrın 23-də internetdə sinfə maskasız gəlməsini əks etdirən videoçarxların yerləşdirilməsindən və şikayətlərdən sonra həbs edilib.

Kanalın məlumatına görə, müəllimə izah edib ki, məktəb direktoruna və şagirdlərə otitə (qulaq xəstəliyi-red) görə qoruyucu maska taxmasında fasilə etməli olacağı, amma koronavirusdan müdafiə üçün bütün başqa qaydaları qəbul edəcəyi barədə xəbərdarlıq edib.

Yunanıstan hökumətinin fevralın 25-də qəbul etdiyi “Koronavirusun qarşısının alınması və yayılmasının məhdudlaşdırılması üzrə fövqəladə tədbirlər" barədə qərarına uyğun olaraq qaydaları pozanları cərimədən başqa iki il müddətə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, ötən gün Yunanıstanda COVID-19-a 46 892 yoluxma qeydə alınıb, 673 nəfər ölüb, 9 989 pasiyent sağalıb.


Conflict.az

Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir

Prezident generalı bağışladı

Zaur Məmmədov - Fransa Senatının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı

Düşmən Kəlbəcər şəhərini viran qoydu

Ermənilər bu dəfə Laçını yandırmağa başladı

Xalq artisti Ağdam məscidində azan səsləndirdi

Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama

"Orqanizmin xüsusiyyətlərinə uyğun olaraq insanlar xəstəliyi ağır keçirə bilərlər”