Sizin reklam burada
Sizin reklam burada

“Ali hakim” məhv edildi

“Ali hakim” məhv edildi
Əfqanıstan təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının bölgədəki “ali hakimi”ni zərərsizləşdirib.

Bu barədə “TOLO News” kanalı Milli Təhlükəsizlik Müdirliyinə istinadən xəbər verib.

Məlumata görə, o, İŞİD-in Xorasandakı qondarma şöbəsinin rəhbəri olub, mülki şəxslərin başının kəsilməsi, həmçinin terrorçularla zorakı evliliklər də daxil olmaqla bir sıra fərmanların verilməsində iştirak edib.

“Abdullah Orakzay avqustun 2-də Nangarhar əyalətində həbsxanaya edilən hücumun icraçısı idi”, - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, avqustun əvvəlində Nangarharda bir həbsxanaya edilən hücum nəticəsində 29 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terrorçuları öz üzərinə götürüb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş