Sizin reklam burada
Sizin reklam burada

Polis musiqiyə qulaq asan uşağı xəstəxanalıq etdi

Polis musiqiyə qulaq asan uşağı xəstəxanalıq etdi
Polis mənzilində yüksək səslə musiqiyə qulaq asan yeniyetməni xəstəxanalıq edib.

“Podyom” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Krasnodar diyarında baş verib.

Polis yeniyetməni saxlayarkən onun üstünə qışqırıb, söyüb. Şahidlərin sözlərinə görə, polis çox sərt davranıb və az qalıb ki, uşağı boğsun.

Hazırda uşaq xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.
“ÇP Krasnodar” “Telegram” kanalı bildirir ki, uşağın yanıına hüquq mühafizəçiləri gedib və ondan müqavimət göstərdiyi barədə sənədləri imzalamasını tələb edib.


Conflict.az

  • Sosial şəbəkədə paylaş