Sizin reklam burada
Sizin reklam burada

Sutka ərzində 5347 nəfər koronavirusdan ölüb

Sutka ərzində 5347 nəfər koronavirusdan ölüb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 128 mindən çox artıb.

"TASS" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 11-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 128 419 nəfər koronavirusa yoluxub, 5 347 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 7 273 958 ölənlərin isə 413 372 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş