Sizin reklam burada
Sizin reklam burada

Rusiya casusuna hökm oxundu

Rusiya casusuna hökm oxundu
Zalsburq məhkəməsi Rusiyanın xeyrinə casusluqda ittiham edilən Avstriya ordusunun ehtiyatda olan polkovniki Martin M.-lə bağlı qərarını verib.

Bu məlumatı “Kronen Zaytunq” qəzeti yayıb. Məlumata görə, məhkəmə Martin M.-i üç il azadlıqdan məhrum edib. Bununla belə məhkəmə Martin M.-in 1,5 il təcridxanada olduğunu nəzərə alaraq bu zamanın ümumi cəza müddətindən çıxarılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Martin M. bundan öncə Rusiya kəşfiyyatına məxfi informasiya verməkdə ittiham olunub. Onun casus avandanlıqları vasitəsilə informasiyalar əldə etdiyi və Rusiya tərəfindən bunun qarşılığında 220 min avro aldığı vurğulanıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş