Sizin reklam burada
Sizin reklam burada

Əlif Heydərovun silahının itməsinə DİN-dən reaksiya

Əlif Heydərovun silahının itməsinə DİN-dən reaksiya
Daxili İşlər Nazirliyi (DİN) İmişli Quşçuluq MMC-nin rəhbəri Əlif Heydərova məxsus “MLS 2121” markalı tüfəngin naməlum şəraitdə itməsi barədə məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a bildirilib ki, İmişli Quşçuluq MMC-nin rəhbəri Əlif Heydərov may ayının 12-də İmişli Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bir müddət əvvəl özünə məxsus “MLS 2121” markalı tüfəngin naməlum şəraitdə itməsi barədə məlumat verib.

Hazırda İmişli RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş