Sizin reklam burada
Sizin reklam burada

Vəzifəlilər küçədə əlbəyaxa oldu

Vəzifəlilər küçədə əlbəyaxa oldu
Bu gün Ermənistanın paytaxtı İrəvanda parlamentin sədr müavini Alen Simonyan ilə “Adekvad” ictimai-siyasi təşkilatının üzvü Artur Danielyan arasında dava olub.

Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan məlumat yayıb.

Onun sözlərinə görə, Danielyan və yanında olan iki sürücü hücuma məruz qalıb. Danielyan xəstəxanaya aparılarkən ona yenidən hücum edilib.

Melikyan Denielyanın tibbi yardıma ehtiyacı olduğunu söyləyib.

Simonyan isə açıqlamasında bildirib ki, təhqir edildiyi üçün Danielyanla dava edib:

"Onun burnu əzildi, mənim isə maşınım".

Conflict.az

  • Sosial şəbəkədə paylaş