Sizin reklam burada
Sizin reklam burada

Rusiya erməni naziri öldürmək istəyib

Rusiya erməni naziri öldürmək istəyib
Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayoru Valeri Şaytanovun əsas hədəfi açıqlanıb.

Bu məlumatı ukraynalı jurnalist Dmitri Qordon yayıb.

“Mənim mənbələrim təsdiqləyir ki, Adam Osmayevin (keçmiş çeçen döyüşçü, Ukraynadakı könüllü çeçen hərbi dəstələrinin rəhbəri – red.) qətli Şaytanov üçün məşq idi. Ona Ukrayna Daxili İşlər naziri Arsen Avakovu məhv etmək əmri verilmişdi”, – deyə o bildirib.

Qeyd edək ki, general-mayor Valeri Şaytanov Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunaraq Ukraynanın Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş