Sizin reklam burada
Sizin reklam burada

Hədiyyə ölümə səbəb oldu

Hədiyyə ölümə səbəb oldu
İngiltərənin Nort-Yorkşir qraflığının sakini Kristofer Sueyls paraşütlə tullandıqdan sonra həyatını itirib.

“Daily Mail” xəbər verir ki, 55 yaşlı K.Sueyls 53 yaşlı həyat yoldaşı Debora ilə ABŞ-ın Arizona ştatında istirahətə çıxıblar.

Evliliklərinin 30-cu ildönümü münasibəti ilə Debora həyat yoldaşına Qrand-Kanyon üzərindən paraşütlə tullanmağı hədiyyə edib.

Təlimçi ilə birgə tullanan Kristofer həyatını itirib. Təlimçi isə sadəcə ayağını sındıraraq sağ qalıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş