Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda şou göstərən ərəb şeyxi yenə diqqət çəkdi

Azərbaycanda şou göstərən ərəb şeyxi yenə diqqət çəkdi
Qeyri-adi hərəkətləri ilə gündəmə gəlməyi bacaran Dubay əmirinin oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum yenidən diqqət çəkib.

Azərbaycancanda “Gelandewagen”lə şou göstərən ərəb şeyxi bu dəfə sükan arxasında olarkən avtomobilini dayandırıb və dəvələri səsləyib. Onun yanına gələn dəvələri ağzından öpüb.

Qeyd edək ki, 2017-ci ildə Dubay əmirinin oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum Azərbaycanda “Gelandewagen”lə “Şaqman” markalı yük maşınını dartıb. Maraqlısı ondadır ki, yük maşını qumla dolu olub.
Xatırladaq ki, “Fazza” ləqəbilə şerlər yazan şahzadə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. “Forbes”in “dünyanın ən zəngin varisləri” siyahısında olan gənc oğlanın varidatı 18 milyard dollar dəyərindədir.

Şeyxin oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum dəfələrlə Azərbaycana gəlib. Əl-Maktum Azərbaycanın müxtəlif rayonlarında ovçuluqla məşğul olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş