Sizin reklam burada
Sizin reklam burada

Bakıda növbəti ŞOK OLAY: daha 6 tələbə qız zəhərləndi - ADLAR (YENİLƏNDİ)

Bakıda növbəti ŞOK OLAY: daha 6 tələbə qız zəhərləndi - ADLAR (YENİLƏNDİ)Zəhərlənən 6 qızdan yalnız 3-ü Xəzər Universitetinin tələbəsidir.

Bunu açıqlamasında universitetinin Mətbuatla Əlaqələr Şöbəsinin rəhbəri Əlövsət Əmirbəyli deyib.

“Tələbələrdən 2-si Bakı Dövlət, 1-i isə İqtisad Universitetində təhsil alır. Onlar birlikdə Qara Qarayevdə kirayədə qalırlar. Qaldıqları evdə mətbəxdə qaz sızması olub. Ondan zəhərləniblər. Hazırda vəziyyətləri yaxşıdır. 5-i evə buraxılıb. 1-i isə saat 2-də buraxılacaq. Hazırda Taksikologiya Şöbəsində yatır”, - mətbuat katibi bildirib.

Xəstəxanaya yerləşdirilən tələbələr bunlardır:

Aynur Osmanlı – BDU

Gülyetər Mahmudova – BDU

Nazlı Qazıyeva – İqtisad U.

Nəzakət Heydərli – Xəzər U.

Aysun Rəcəbli – Xəzər U.

Ləman Salmanlı – Xəzər U.

***

09:54

Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qız evə buraxılıb.

Publika.az xəbər verir ki, КТМ-in Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ehtimalı ilə gətirilən Xəzər universitetinin 6 tələbəsinə lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

***

09:15

Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qızdan 4-ü evə buraxılıb.

Digər iki qız müalicələrini davam etdirir.

***

08:35

Xəzər Universitetinin tələbələri zəhərlənib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Kliniki Tibbi Мərkəzin Toksikologiya şöbəsinə Təcili Tibbi yardım avtomobili ilə Xəzər Universitetinin 6 tələbəsini gətiriblər.

Onların dəm qazından zəhərləndiyi ehtimal edilir. Çağırış saat 4:47-də olub.

Qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76 mənzil 28-də baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımı tibbi yardım göstərilib.

Hal-hazırda müalicələri davam edir.

  • Sosial şəbəkədə paylaş