Sizin reklam burada
Sizin reklam burada

Gəncədə yaşayış binasında partlayış baş verdi

Gəncədə yaşayış binasında partlayış baş verdiGəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

FHN-dən verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 25 m² olan 1 otaqlı mənzilin yanar konsturuksiyaları 16 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən otağın qapı və pəncərə çərçivələri yerindən çıxıb. Yanğın zamanı 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Sosial şəbəkədə paylaş