Sizin reklam burada
Sizin reklam burada

Rusiyada hərbi bazada partlayış - VIDEO

Rusiyada hərbi bazada partlayış - VIDEORusiya Federasiyasının Krasnoyarsk vilayətindəki Açinsk rayonunda yerləşən hərbi bazanın artilleriya anbarında partlayış baş verib.

TASS xəbər verir ki, partlayışdan sonra ərazidə yanğın başlayıb. Hazırda yerli sakinlər təxliyə olunur. Əraziyə təxliyə üçün avtobuslar göndərilib.

Bu barədə rayonun növbətçi-dispetçer xidmətindən məlumat verilib.

Agentlik rəsmiləri bildirib ki, təxliyə artıq başlayıb. Hadisənin hərbi hissədə baş verdiyi qeyd edilib.

Əldə edilən digər məlumata görə, yanğın baş verən əraziyə yanğınsöndürən maşınlar cəlb edilib.

Hələlik iki nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat daxil olub.

  • Sosial şəbəkədə paylaş