Sizin reklam burada
Sizin reklam burada

Su-30 ABŞ təyyarəsinə “hücum” etdi – Video

Su-30 ABŞ təyyarəsinə “hücum” etdi – Video00:13

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Venesuelaya məxsus Su-30 təyyarəsinin Amerikanın EP-3 kəşfiyyat təyyarəsini “aqressivcəsinə izlədiyi” barədə məlumat yayıb.

Insidentin 19 iyulda baş verdiyi bildirilib. Məlumatda Su-30-un EP-3-ün ekipajına və təyyarənin özünə ciddi risk yaratdığı vurğulanıb.

Bu gün yayılan videoda Su-30-un ABŞ təyyarəsinə təhlükəli məsafədə yaxınlaşdığı görüntülənib.

Qeyd edək ki, bundan öncə Venesuela ABŞ təyyarəsinin hava sərhədini pozduğunu bəyan edib. İddia edilib ki, təyyarə ilə əlaqə yaratmaq mümkün olmayıb, yalnız Su-30 havaya qalxdıqdan sonra ABŞ-ın kəşfiyyat təyyarəsi uzaqlaşıb.

ABŞ ekspertləri isə Venesuelanın bu addımını “Rusiyanın birbaşa hərbi dəstəyinin nümayişi” adlandırıb.

  • Sosial şəbəkədə paylaş