Sizin reklam burada
Sizin reklam burada

Ərdoğandan İstanbul açıqlaması: Etirazlardan sonrakı nəticə…

Ərdoğandan İstanbul açıqlaması: Etirazlardan sonrakı nəticə…Bizə könül vermiş insanların demokratik haqlarından istifadə hüququnu qorumaq məcburiyyətimiz var.

Bu sözləri Moskva səfəri öncəsi hava limanında jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Çünki biz burada bəzi mütəşəkkil cinayətlərin işləndiyini gördük. Siyasi partiya olaraq bəzi təşkilatlanmış fəaliyyətlərin icra edildiyini müəyyən etmişik. ASQ-yə müraciət edərkən bu sənədlərdən, informasiyalardan, hətta televiza kameralarında aşkar edilmiş görüntülərdən istifadə edilib. Seçkilərdə boş ərazilər, tarlalar ünvan kimi göstərilib. Ortada 320-330 minə yaxın etibarsız səs var. Əgər bunları saya bilmirik deyirsinizsə, o zaman bundan artıq nələrsə var. Hüquqi cəhətdən ediləcək bir şey var. Bizim də ASQ-dən bunu gözləməyimiz ən təbii haqqımızdır. Keçmişdə Yalova və Ağrıda buna nümunələr vardır. Dünyada etirazları bir kənara qoyun, ABŞ-da 1 faiz kimi mübahisəli səs miqdarı olsa, erkən seçkiyə müraciət edilir və yaxud yenidən seçki keçirilir.

İndi 10 milyondan artıq seçicinin olduğu İstanbulda 13-14 min səslə “seçkiləri qazandım” havasına girməyə heç kimin haqqı yoxdur. Etirazlardan sonra çıxan nəticə başımız-gözümüz üstünədir. Hər şey bu qədər sadədir”, - Ərdoğan bildirib.

  • Sosial şəbəkədə paylaş