Sizin reklam burada
Sizin reklam burada

Erməni oliqarx Paşinyanı istefaya göndərə bilər

 Erməni oliqarx Paşinyanı istefaya göndərə bilərNikol Paşinyanın öz komandasından narazılığı artmağa başlayıb.

Bu məlumatı “İrates” qəzeti yayıb. Məlumata görə, Paşinyanın komandasından narazılıq səbəblərindən biri də parlamentdə Mənim Addımım Bloku üzvləri arasında yaranan gərginlikdir.

“Bəzi dəyərləndirmələrə əsasən, Paşinyan hökuməti təkcə hər gün itirdiyi reytinq, iqtisadiyyatın çökməsi, investisiyaların yoxluğu ucbatından yox, həm də parlament ucbatından zəifləyir. Parlamentdə ciddi iş sayəsində hər dəqiqə yeni çoxluq formalaşdırmaq mümkündür. Bu iddialar son zamanlar Edmon Marukyan və erməni oliqarx Qagik Çarukyanın yaxınlaşması şayiələrindən sonra daha da güclənib”, - məqalədə bildirilib.

Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı Mənim Addımım Blokunun deputatları arasında fikir ayrılığının güclənməsi barədə məlumat yayıb. Mətbuat fikir ayrılığının xüsusilə Mülki Müqavilə Partiyasına üzv deputatlarla partiyaya üzv olmayan deputatlar arasında olduğunu bildirib. Narazılığa əsas səbəb partiya üzvü olmayan deputatların blok rəhbərliyi ilə hesablaşmaq istəməməsidir.

  • Sosial şəbəkədə paylaş