Sizin reklam burada
Sizin reklam burada

Ermənistanda on yaşlı uşaq asılmış vəziyyətdə tapıldı

Ermənistanda on yaşlı uşaq asılmış vəziyyətdə tapıldıHadisə Gümrüdə baş verib.

Ermənistanda 10 yaşlı uşaq asılmış vəziyyətdə tapılıb.

Ermənistan mətbuatına istinadən xəbər verilir ki, hadisə Gümrüdə baş verib.

Yerli sakin beşinci sinif şagirdi olan oğlunu asılmış vəziyyətdə aşkar edib.

İlkin məlumata görə, 10 yaşlı oğlan intihar edib. Qeyd edilir ki, uşaq Gümri xəstəxanalarından birində tibb bacısı işləyən anasıyla birlikdə yaşayıb. Onun bədənində zorakılıq əlamətləri aşkarlanmayıb.

Lakin Gümrünün Təcili Tibbi Yardım bölməsinin rəhbəri uşağın asılmış vəziyyətdə tapılması xəbərini təsdiqləməyib. Ancaq prokuror faktı təsdiq edib. O, bildirib ki, faktla bağlı Cinayət Məsəlləsinin intihar həddinə çatdırma maddəsi üzrə cinayət işi qaldırılıb.

Bir neçə gün əvvəl Gümrüdə orta məktəb direktoru və katibi rüşvətə görə saxlanılıb. (Report)

  • Sosial şəbəkədə paylaş