Sizin reklam burada
Sizin reklam burada

11 yaşlı dayısı qızını zorladı - kərpiclə vurub öldürdü

11 yaşlı dayısı qızını zorladı - kərpiclə vurub öldürdüHadisə Türkiyədə qeydə alınıb.

Türkiyənin Kırklareli bölgəsində dünən itən 11 yaşlı Zeynep Esinin cəsədi bir binada tapılıb. Boğularaq və başına kərpiclə vurularaq öldürülən Zeynepi 28 yaşlı bibisi oğlu Keremin öldürdüyü məlum olub.
11 yaşlı dayısı qızını zorladı - kərpiclə vurub öldürdü
Conflict.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, mətbəxi belə olmayan bir gecəqonduda yaşayan ailəsini zibillikdən kağız toplayaraq saxlamağa çalışan ata Sezer Esin polisə müraciət edib.
11 yaşlı dayısı qızını zorladı - kərpiclə vurub öldürdü
Polis Zeynepin cəsədini gecə yarısı, evindən iki kilometr uzaqlıqdakı bir binanın içində tapıb.

Kiçik qız boğularaq və başına kərpiclə vurularaq öldürülmüşdü.

Mühafizə kameralarını izləyən polis Zeynepin qatili olan bibisi oğlu Keremi 2 saata saxlayıb. 13 müxtəlif səbəbdən günahı olan Kerem Zeynepi “Sənə marketdən cipsi alacağam” deyərək evdən çıxarıb.

Sezgin Esin “O canidən qohumumuz olduğu üçün şübhələnmədik” deyib.

Vali Osman Bilgin ziyarət etdiyi Esin ailəsinə yeni bir ev veriləcəyini bildirib.

Böyüyəndə tibb bacısı olmaq istəyən Zeynep cansız bədəninin tapılmasından 11 saat öncə məhəllə marketinə gedib şokalad almışdı. Onun son görüntüsü marketin kameralarına düşüb.

  • Sosial şəbəkədə paylaş