Sizin reklam burada
Sizin reklam burada

Tramp qəzəbləndi: "Bu xəyanəti başqa prezidentə etsəydilər..." - Rusiya şoku

Tramp qəzəbləndi: "Bu xəyanəti başqa prezidentə etsəydilər..." - Rusiya şokuABŞ Prezidenti Donald Tramp seçki kampaniyasında Rusiya izi axtaran təhqiqatları "əcinnə ovu" adlandırıb.

O bu barədə "Foks Nyus" telekanalına müsahibəsində danışıb.

Donald Tramp aparılan istintaqın onu təmizə çıxardığını vurğulayıb: "Bu istintaq hökumətimizi və ölkəmizi devirməyə göstərilən təşəbbüs idi, qeyri-qanuni addım idi.

Əgər bunu Respublikaçı və ya Demokrat Partiyasına qarşı, yaxud Barak Obama əleyhinə eləsəydilər, indi həbsdə 100 adam vardı. Bu, vətən xainliyi sayılar və onlar həyatlarının qalan hissəsini həbsxanada keçirərdilər.

Bu cür xəyanəti başqa heç bir prezidentin başına gətirilməsinə imkan verməməliyik".

Donald Tramp daha sonra deyib: "Milyonlarca səhifə sənədi yoxladılar, heç bir şey tapmadılar. Ən günahsız insan mən çıxdım. Rusiyanının 2016-cı il seçkisinə təsiri sıfırdır".

Qeyd edək ki, ABŞ-ın ədliyyə naziri Vilyam Barr 2016-cı il prezident seçkilərinə Rusiyanın təsiiri ilə bağlı aparılan istintaq işi ilə əlaqədar Konqresə məktub göndərib. Məktubda seçki kampaniyasında Rusiya ilə əməkdaşlığa dair hər hansı dəlil aşkarlanmadığı bildirilir.

  • Sosial şəbəkədə paylaş